Gələn il tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidməti üçün 18 milyon manat vəsait xərclənəcək.
SİA xəbər verir ki, bu, İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsində əksin tapıb.
Həmçinin qeyd olunub ki, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər üçün 160 milyon, tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər üçün 27,5 milyon, tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarların alınması üçün isə 50 milyon manat ayrılacaq.