Dr.Müseyib Əhmədov Konqresdə iştirak edir

2 Noyabr 2023 10:55 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının travmatoloq-ortopedi Müseyib Əhmədov 31 oktyabr -5 noyabr 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş 32-ci Ümummilli Türk Ortopediya və Travmatologiya Konqresində iştirak edir. SİA xəbər verir ki, Türk Ortopediya və Travmatologiya Dərnəyinin təşkilaşçılığı ilə keçirilən elmi tədbirdə dünyanın bir çox ölkələrindən tanınmış alimlər və yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar edilir, tibbin ən son nailiyyətləri və problemlərin həlli yolları müzakirə olunur.