Ərdoğan bu gün Qazaxıstana gedir

2 Noyabr 2023 10:42 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana rəsmi səfərə yollanacaq. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri Astanada Türk Dövlətləri Təşkilatının X Zirvə görüşündə iştirak edəcək.

Ərdoğanın Qazaxıstanda ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. Onun Astanaya səfəri 2 gün davam edəcək.