Sumqayıtda avtomobil piyadanı vurub öldürüb

2 Noyabr 2023 02:16 (UTC+04:00)

Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürüb. SİA-nın yerli bürosu məlumat verir ki, hadisə Sülh prospekti ilə Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü Hafiz Tanrıverdiyev yolun əks istiqamətinə keçmək istəyərkən onu avtomobil vurub. O elə hadisə yerində dünyasını dəyişib.

Əraziyə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, təcili tibbi yardım xidmətinin briqadası cəlb olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.