Dövlət Departamenti rəhbərinin müavini vəzifəsinə namizəd

1 Noyabr 2023 22:35 (UTC+04:00)

Ağ Evin mətbuat xidməti xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden ABŞ dövlət katibinin müavini vəzifəsinə Kurt Kempbellin namizədliyini irəli sürüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda departament rəhbərinin müavini vəzifəsini ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland icra edir.

Prezident Cozef Bayden bu gün Dövlət Departamentində dövlət katibinin müavini vəzifəsinə Kurt Kempbellin namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Məlumatda belə deyilir.

Nazlı