Belarusun təhlükəsizlik qüvvələri müğənni və aparıcı Larisa Qribalevanı saxladığı ehtimal olunur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Viasna” hüquq müdafiə mərkəzi məlumat yayıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, onun üzərində axtarış aparılıb, aparıcı saxlanılıb.
Maraqlıdır ki, bunun nə vaxt - dünən və ya bu gün baş verdiyi barədə də dəqiq məlumat yoxdur.
Hazırda müğənniyə qarşı təhlükəsizlik qüvvələrinin hansı şikayətləri olduğu, eləcə də digər təfərrüatlar dəqiqləşdirilir.
Xatırladaq ki, Larisa Qribaleva bundan əvvəl Belarusda çıxışı qadağan edilən 80 ifaçının məxfi siyahısına salınmışdı. Onu da xatırladaq ki, 2020-ci ildə o, zorakılığa qarşı çıxış edən minlərlə Belarus mədəniyyət xadimindən biri olub.
Nazlı