Təxirə salmaq xəstəlikdirmi, yoxsa sadəcə olaraq tənbəllik?

1 Noyabr 2023 23:24 (UTC+04:00)

Təxirə salmaq bir pozğunluq səviyyəsinə çatsa da, tibbi ədəbiyyatda bir xəstəlik olaraq hesab edilmir.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində təxirə salmaq problemini qiymәtlәndirәcәyik.

Müasir insanın ən böyük problemlərindən biri də təxirə salmaqdır. Bir çox insan bu problemlə mübarizə apardığının fərqində belə deyil.

Təxirə salmaq hamımızın həyatımızda olan bir davranışdır. Bunu bir pozğunluq olaraq hesab etməyə başladığımızda bu davranış artıq bizim həyatımızın bir sahəsinə təsir etmiş olur. Hər kəsdə rast gəlinən bu davranış insanların təxminən 20 faizində xroniki hala çevrilә bilər.

Təxirə salmaq çox vaxt şəxsi seçim kimi göründüyü üçün insanların çoxu bu vəziyyəti sadəcə tənbəllik olaraq görür. Lakin oxşar şikayətlərlə müraciət edənlərin sayı artdıqca vəziyyətin heç də düşünüldüyü qədər sadə olmadığı məlum oldu.

Təxirə salmaq bir pozğunluq səviyyəsinə çatsa da, tibbi ədəbiyyatda bir xəstəlik olaraq hesab edilmir.

Bəs niyə təxirə salırıq?

Bununla bağlı çoxlu proqnozlar var. Bunlardan ən əsası motivasiyanın olmamasıdır. Hər şeyin mükkəmməl olması üçün əlindən gələni edən insanlar görməli olduqları işi istədikləri kimi yerinə yetirə bilmədiklərini düşündükləri zaman təxirə salmaq yolunu seçə bilərlər.

Bunlardan başqa, vaxtı yaxşı idarə edə bilməyən, uğursuzluq qorxusu olan, özünü narahat hiss edən, yetkinlikdə diqqət əskikliyi, hiperaktivlik pozuqluğu və uyğun olmayan iş seçimi edən insanlar bu yola üz tuta bilərlər.

Bəs bunun qarşısını necə almaq olar?

Hər şeydən əvvəl bu pozğunluqdan xəbərdar olmalıyıq. O zaman biz vaxtımızı düzgün və effektiv idarə edə bilərik. Bu xəstəliyə yoluxan bəzi insanlar məsuliyyətlərini təxirə salmaq üçün sosial mediadan və internetdən geniş istifadə edirlər. Bu səbəbdən sosial mediaya sərf olunan vaxtı məhdudlaşdırmalıyıq.

Əgər təxirə salmaq problemi ikitərəfli münasibətlərə, iş-məktəb həyatına təsir edirsə və ya funksionallıqda azalma müşahidə edilirsə, həkimə müraciət edilməlidir.