Məşhur türk sima Dilan Polat və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda saxlanılanların sayı 17-yə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün evində aparılan axtarışlar zamanı 80 səhifəlik sənəd, o cümlədən mülkiyyət sənədləri və fakturalar ələ keçirilib.
Qaçaq şirkət ortağı Zümrüt Yerebakanın evindən 10 min dollar, Zekai Tepenin evindən 1 sərt disk və 350 güllə, Ahmet Günün evindən isə 120 min lirə, 36 hesab çıxarışı və 1 noutbuk götürülüb. 13-ü Polat ailəsinin üzvü olmaqla, 41 şübhəli və 27 şirkətin bütün əmlaklarına həbs qoyulub.
Şübhəlilərin 4 gün polis bölməsində qalacağı, Engin və Dilan Polatdan son ifadələrinin alınacağı bildirilib.