“”TikTok” digər sosial şəbəkələr kimi çox önəmli bir vasitədir. Burada həm də biznes və reklam fəaliyyəti görmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub deyib.

Onun sözlərinə görə, yəni “TikTok”dan da çox faydalı şəkildə istifadə etmək olar: “Əgər burada zərərli, yaxud eybəcər səhnələr görürüksə, bizim gənclərin bir çoxu burada əxalaqazidd hərəkətlər edirlərsə, bu “TikTok”un günahı deyil. Bu həmin şəxslərin özlərinin əxlaqında olan problemlərdir”.
Mail Yaqub sözlərinə belə davam edib: “Bu şəxslər “TikTok”da olmasa da başqa yerlərdə öz əxlaqsızlıqlarını biruzə verəcəklər. Ona görə də biz “TikTok”u və digər sosial şəbəkələri bağlaya bilmərik. Bu səhv siyasət olar. Biz gənclərlə zərərli vərdişlərə qarşı təbliğat aparmalıyıq”.
Ayşən Vəli