Torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırmışıq, suverenliyimiz tam bərpa olunub.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edən zaman bildirib.
Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirib.