“Təhsil sisteminin nailiyyətləri uzunmüddətli zamanda innovasiyaya töhfə verən ən vacib amildir. Mühit qədər, insan amili də önəmlidir ki, həmin insan kapitalı həyatlarının müəyyən müddətini təhsildən keçirir”. SİA xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hər il ölkədə 55 minə qədər nəfər bakalavr, 10 min nəfər isə magistr təhsili alır. Bu innovasiya baxımından olduqca əhəmiyyətlidir. Bu mənada “universitetlər olmasa, innovasiya mümkündürmü?” sualına müzakirəsi bugünkü forumun ən vacib məsələlərindən biridir. Tələbə dövründə iş axtaranlardan işyaradana keçid də bu fonda müzakirəsi mühüm əhəmiyyət kəsb edən məsələdir”.