HAMAS Qəzzanı tərk edə biləcək vətəndaşların siyahılarını dərc edib

1 Noyabr 2023 09:45 (UTC+04:00)

HAMAS Qəzzanı tərk edə biləcək vətəndaşların siyahılarını dərc edib.

SİA TASS-a istinadən xəbər verir ki, siyahıya əcnəbi vətəndaşlar, ikili vətəndaşlığı olan fələstinlilər, həmçinin BQXK və QHT əməkdaşları daxildir.

Qəzzanı tərk edə biləcək əcnəbilər arasında Yaponiya, Avstriya, Çexiya, Finlandiya, Avstraliya, Bolqarıstan, İndoneziya və İordaniya vətəndaşları var.