Dünya şöhrətli müğənni və aktrisa Selena Qomez İsrail-Fələstin münaqişəsindən danışıb. SİA Qərb mediasına istinadən xəbər verir ki, məşhur aktrisa sosial media hesabından paylaşım edərək yazıb: "Kaş ki, dünyanı dəyişə biləydim, amma sosial media paylaşımı ilə bunu edə bilmərəm", - deyərək müğənni bir müddət sosial mediada olmayacağını bildirib.
31 yaşlı müğənni əlavə edib ki, dünyada şiddətə və zorakılığa son qoyulmalıdır: "Bütün insanları, xüsusilə də uşaqları qorumalı və yaxşılıq adına şiddətə son qoymalıyıq. Sözlərim heç nəyi dəyişməyəcəyi üçün çox təəssüf edirəm. Günahsız insanların yaralanmasını, öldürülməsini seyr etməyə dözə bilmirəm".