"Meta"dan vacib addım

1 Noyabr 2023 05:27 (UTC+04:00)

Facebook və Instagram sosial media platformalarını ehtiva edən Meta şirkəti Avropa İttifaqı qaydalarına riayət etmək üçün istifadəçilərinə aylıq reklamsız abunə imkanı təqdim edəcəyini açıqlayıb. SİA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Metadan açıqlama verilib.

Açıqlamada Avropadakı qaydalara uyğun gəlmək üçün Avropa İttifaqı (AB), Avropa İqtisadi Bölgəsi və İsveçrədə yeni abunə variantının təklif ediləcəyi bildirilib.

Noyabr ayında bu bölgələrdəki Facebook və ya Instagram istifadəçilərinə reklamlarla pulsuz olaraq fərdiləşdirilmiş xidmətlərdən istifadə etməyə davam etmək və ya reklamları bloklamaq üçün abunə olmaq imkanı veriləcək.

İstifadəçilər abunə olduqları halda, onların məlumatlarından reklam üçün istifadə edilməyəcəyi, abunə haqqının internet vasitəsilə ayda 9.99 avro, iOS və Android mobil əməliyyat sistemləri ilə isə ayda 12.99 avro olacağı bildirilib.