İngiltərənin Birmingem şəhərində fələstinli fəal yerli McDonald's-a Fələstin bayrağının rənglərinə boyanmış onlarla siçan buraxıb, Daily Mail yazır.
İnternetdə yayılan videoya görə, kişi “İsrailə lənət olsun! Fələstinə azadlıq”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisə zamanı fast food restoranı adamlarla dolu idi. Naməlum şəxs gəmiriciləri qutudan tökdükdən sonra müəssisədə çaxnaşma başlayıb və insanlar binadan qaçmağa başlayıblar.
Xatırladaq ki, bundan əvvəl “The Washington Post” yazıb ki, Yaxın Şərqdəki vandallar “McDonald’s” restoranlarını şirkətin İsrail əsgərlərini pulsuz yeməklə təmin etmək qərarına görə “qaralayıblar”.
Yeri gəlmişkən, Fələstin tərəfdarları Türkiyə, Livan və Misirdə bir neçə müəssisəyə hücum ediblər. Bundan əlavə, misirli bloggerlər Qüdsü dəstəklədikləri üçün McDonald's-ı boykot etməyə çağırıblar.
Nazlı