"Yaşamağa davam edirik" - Alla Puqaçova

31 Oktyabr 2023 16:57 (UTC+04:00)

İsraili tərk edən məşhur xarici müğənni Alla Puqaçovadan xəbər var. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, "İnstagram" hesabında həyat yoldaşı Maksim Qalkinlə olan fotosunu paylaşıb.

Müğənni həmçinin övladlarının yeni görüntüsünü də izləyiciləri ilə bölüşüb. Puqaçova paylaşımına "Yaşamağa davam edirik" sözlərini yazıb.