Madonna 400 milyon nüsxədən çox albom və sinql satıb

31 Oktyabr 2023 16:25 (UTC+04:00)

Məşhur xarici müğənni Madonna 10 ildən sonra yenidən "bütün zamanların ən çox albomu satılan qadın sənətçisi" kimi tanınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Madonna bu kateqoriyada Rihanna, Meray Kerri, Teylor Svift və Beyonsu qabaqlayaraq ilk pillədə qərarlaşıb. Bu, həm də qəfil xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, sənətçinin yubileyi zamanı buraxılan növbəti disk sayəsində baş verib.

Karyerası ərzində Madonna 400 milyon nüsxədən çox albom və sinql satıb.

10 il əvvəl - 2013-cü il oktyabrın 1-də o, musiqi tarixində "bütün zamanların ən çox albomu satılan sənətçisi" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.