"Addəyişdirmə prosesi tariximizin saxtalaşdırılması istiqamətində atılmış bir addımdır” - Əhliman Əmiraslanov

31 Oktyabr 2023 11:58 (UTC+04:00)

“Qərbi Azərbaycanda toponimlərin dəyişdirilməsi tariximizin saxtalaşdırılması istiqamətində atılmış bir addımdır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən bugünkü dinləmədə deputat, Qərbi Azərbaycan İcmasının üzvü Əhliman Əmiraslanov deyib.

“1903-cü ildə Qafqazın xəritəsi rus, Azərbaycan və ingilis dilində Azərbaycanda çap edilib. O xəritədə bir erməni adı belə tapmaq mümkün deyil. Bu, hərbiyönümlü bir xəritədir və Qərbi Azərbaycana qayıdışımız üçün çox önəmli rol oynaya bilər. Necə ki bu gün işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan və türk mənşəli ərazi adlarını bərpa edirik. Eyni şəkildə Ali Baş Komandanın rəhbərliyi altında sülh yolu ilə Qərbi Azərbaycana qayıdanda oradakı adları da bərpa edəcəyik”,- deyə o əlavə edib.