“Xalqımız xor mədəniyyətinə bələd deyil” - ZEMFİRA QAFAROVA

31 Oktyabr 2023 11:34 (UTC+04:00)

“Xalqımız xor mədəniyyəti, musiqisinə o qədər də bələd deyil”. SİA xəbər verir ki, bu sözləri Musiqi Forumu çərçivəsində baş tutan panel müzakirələri zamanı musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova deyib.

O, bildirib ki, adətən xor komandalarında başqa millətlərin nümayəndələri olur: “Zənnimcə bu problemə nəzər yetirilməli, həll edilməsi üçün vacib işlər görülməlidir. Təkcə Üzeyir Hacıbəyovun əsasını qoyduğu ənənəni davam etdirsək, yetərlidir”.