2 milyondan çox zərərli elektron poçt blok edilib

31 Oktyabr 2023 10:52 (UTC+04:00)

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 3 rübü ərzində ümumilikdə 21 mln. 738 min elektron poçt emal edilib.

SİA XRİTDX-nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülleteninə istinadən xəbər verir ki, elektron poçtlardan 19 mln. 467 mini istifadəçilərə çatdırılıb, 2 mln. 4 mini zərərli tərkibli olması ilə blok edilib.

Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.