Türkan Şoray, Filiz Akın, Belgin Doruk, Hülya Koçyiğit, Fatma Girik, Emel Sayın, Gülşen Bubikoğlu və Necla Nazır kimi "Yeşilçam"ın bir çox məşhurlarının rollarını səsləndirən aktyor Ceyan Mahfi Ayral Tözüm dünyasını dəyişib. SİA xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan usta sənətçi 94 yaşında həyatla vidalaşıb. "Dəyərli sənətkarımız Ceyan Mahfi Ayral Tözüm vəfatından dərin hüznlə kədərlənirik. Dərdli ailəsinə, bütün sevənlərinə və Türk Teatrına başsağlığı veririk", - İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları tərəfindən verilən açıqlamada deyilir.
Sənətçi 30 oktyabr tarixində Zincirlikuyu məscidində qılınacaq cənazə namazından sonra Zincirlikuyu qəbiristanlığında dəfn edilib.