İlin ən yaxşı klubları müəyyənləşib

31 Oktyabr 2023 01:03 (UTC+04:00)

“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları açıqlanıb. SİA-nın məlumatına görə, kişi komandalar arasında bu ada İngiltərə çempionu “Mançester Siti” layiq görülüb.

“Şəhərlilər” ötən mövsüm, eyni zamanda, Çempionlar Liqasının da qalibi olub.

İlin qadın komandası isə İspaniya klubu “Barselona” seçilib.