Türkiyənin qatıldığı ilk beynəlxalq tədbir...

30 Oktyabr 2023 23:36 (UTC+04:00)

Türkiyə Cümhuriyyəti 1924-cü ildə Parisdə təşkil edilən Olimpiya Oyunlarında rəsmi olaraq iştirak edib. Qurtuluş Savaşından sonra dövlət məhdud imkanlara baxmayaraq, futbol, ​​güləş, atletika, qılıncoynatma və velosiped idman növləri üzrə Parisə 40 idmançı göndərib.

1936-cı ildə keçirilən Yay Olimpiya Oyunlarına ilk dəfə türk qadın idmançılar da qatılıblar. II Dünya Müharibəsindən əvvəl Berlində keçirilən 11 Olimpiya Oyunlarında Türkiyəni 2-si qadın olmaqla 60 idmançı təmsil edib. Bu idmançılar olimpiya tarixinin ilk medallarını qazanıblar. Olimpiya Oyunları tarixində fəxri kürsüyə çıxan ilk türk idmançı sərbəst güləşdə bürünc medal qazanan mersinli Ahmet Kireççi olub. Yunan-Roma güləşi üzrə yarışan Yaşar Erkan bu sahədə Olimpiya çempionu olub. Beləliklə Türkiyə Olimpiya Oyunları tarixində ilk qızıl medalını qazanıb. Bu xəbəri alan Mustafa Kamal Atatürk idmançıya məktub ünvanlayaraq deyib:"Sən kiçiksən, amma ölkə üçün əhəmiyyətli bir iş görmüsən. Artıq adın türk idman tarixinə düşüb. Çox yaşa!".

Türk idmançılarının Cümhuriyyətin ilk illərindən dünyanın ən böyük idman yarışı olan Olimpiya Oyunlarında iştirak etməsi Türkiyənin idman tarixi üçün çox önəmlidir. Olimpiya Oyunlarının illər boyu müharibələrin kölgəsində qalan Türkiyənin idman sahəsində inkişaf etməsinə böyük təsiri olub. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan Türkiyə Cümhuriyyəti hər sahədə olduğu kimi idmana verdiyi dəstəklə müasir dövlət olduğunu göstərib.