“Azərbaycan dövləti bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır” - FƏRİD ŞƏFİYEV

30 Oktyabr 2023 11:19 (UTC+04:00)

“İraq Türkmanları ilə bağlı bu gün böyük bir konfrans baş tutur. Azərbaycanda müxtəlif proseslər gedir, biz Türk dünyasının inkişafında böyük rol oynayır, töhfə veririk. Türk dünyasının birliyi və inkişafı müstəvəsində bugünkü konfrans mühüm əhəmiyyət kəsb edir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

F.Şəfiyev bildirib ki, bu siyasi tədbir deyil, mədəni bir konfransdır: “Azərbaycan dövləti bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu tədbirdə də məhz qeyri-siyasi mövzular müzakirə ediləcək”.