Məşhur müğənninin şirkəti bağlandı

30 Oktyabr 2023 02:40 (UTC+04:00)

Moskva Vergi Xidməti müğənni Valeri Meladzenin 20 il əvvəl açdığı MB Pro şirkətini bağlayıb. SİA xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Kanalın yazdığına görə, musiqi şirkətinin bağlanmasına səbəb Valeri Rusiyanı tərk etdikdən sonra aktivliyini itirməsi olub. Məlum olub ki, vergilər ödənilmədiyi üçün şirkətin hesabları artıq bağlanıb. Federal Vergi Xidməti isə şirkətin lisensiyasının etibarsız olduğunu açıqlayıb.

Valeri Meladze Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk edib. Bu ilin yazında isə Baş Prokurorluq Moskva Prokurorluğuna Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı Valeriyə qarşı yoxlama aparmağı tapşırıb.