Krasnoyarskdan olan Sibir Elektron Gömrüyünün baş müfəttişi Vitali Alekseyev “Vahid Rusiya” partiyasının yerli ofisinin yandırılmasını hazırlamaqda günahlandırılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl İstintaq Komitəsi Alekseyevin Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlıq etdiyini, həmçinin Ukrayna tərəfində döyüşən Rusiya vətəndaşlarından ibarət hərbiləşdirilmiş hərbi birləşmə olan “Rusiya Azadlığı Legionu”nu dəstəkləyən vərəqələr yerləşdirdiyini bəyan etmişdi.
Qeyd edək ki, Alekseyev sentyabrın əvvəlində saxlanılıb. Hazırda o təcridxanasındadır. Ona qarşı terror aktlarına açıq çağırışlara görə cinayət işi açılıb.
Yeri gəlmişkən bildirə ki, “Rusiya Azadlığı” legionu Rusiya Federasiyası ərazisində terror təşkilatı kimi tanınıb.
Hazırda yerli media Vitali Alekseyevin “Rusiya Azadlığı” legionuna qoşulduğunu və “ölkə ərazisində təxribat törətmək istədiyini” yazıb. Ona Krasnoyarskda legiona dəstək üçün vərəqələr asmaq tapşırıldığı iddia edilir.
Qeyd etdiyimiz kimi, sentyabrın 5-də Vitali Alekseyev saxlanılıb. İstintaq Komitəsi Alekseyevin “təşkilata Rusiyadakı mövcud siyasi rejimə qarşı mübarizə məqsədi ilə qoşulduğunu” bildirib.
Nazlı