Valeri Meladze Dubayda (BƏƏ) korporativ çıxışlarından birində Ukraynayönlü şüar səsləndirdikdən sonra Rusiyadakı karyerasına son qoyub.
Əksər pərəstişkarları öz kumirlərindən məyus oldular, konsertlər ləğv edilməli oldu və musiqiçinin özü Rusiyaya gəlməyi dayandırdı.
SİA-nın əldə etdiyi məlumata görə, vergi orqanları Vareniy Şotayeviçin biznesi ilə maraqlanıblar.
Qeyd edək ki, indi sənətçi Rusiya Federasiyasında iqtisadi fəaliyyətlə məşğul ola bilməyəcək. Moskva vergi idarəsi Meladzenin gedişindən sonra fəaliyyət göstərmədiyi üçün “MB Pro”şirkətini bağlayıb.
Bu arada “NEWS.ru” saytı öz mənbəsinə istinadən Meladzenin Kiprdə böyük solo konsert vermək qərarına gəldiyini bildirib.
...Tədbir oktyabrın 30-da Monte Kaputoda baş tutacaq. Biletlərin qiyməti 89 avrodan (8787 rubl) başlayır.
Nazlı