Sudanda vəba və danqe qızdırması can almaqda davam edir...

29 Oktyabr 2023 19:27 (UTC+04:00)

...Səhiyyə Nazirliyi, vəba və danqe qızdırması epidemiyası müharibənin davam etdiyi Sudanda 100-dən çox insanın ölümünə səbəb olduğunu bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Xartumda, cənubda Əl-Cəzirə əyalətində və qərbdə Gedaref əyalətində 73-ü ölümcül olmaqla ümumilikdə 1049 vəba hadisəsi qeydə alınıb.

Qeyd edək ki, Xartum apreldən bəri ölkəni bürüyən rəqib generallar arasında əsas döyüş meydanlarından biri olub.

Böyük Xartumun yüz minlərlə sakini təmiz su ehtiyatı tükəndikdən sonra Gedaref və Əl-Cəzirənin daha sakit bölgələrinə qaçıb.

Nazirliyin verdiyi məlumata görə, Sudanda doqquz ştatda ağcaqanadlardan qaynaqlanan danqe qızdırması halları qeydə alınıb. Belə ki, ümumilikdə 3316 hadisədən 49-u ölümlə başa çatıb.

Efiopiya ilə həmsərhəd olan Gedaref əyalətində 2,152 hadisə və 33 ölüm halı qeydə alınıb.

...Apreldə döyüşlər başlamazdan əvvəl də Sudanın səhiyyə sistemi ölkədə iyun ayında başlayan yağışlı mövsümü müşayiət edən xəstəliklərin yayılmasının qarşısını almaq üçün mübarizə aparırdı. İndi xəstəxanaların bombalanması, dərmanların tükənməsi və çoxlu həkimlərin ölkədən qaçması ilə səhiyyə sistemi çökmək ərəfəsindədir. Səhiyyə Nazirliyinin hesabatında deyilir ki, müharibənin baş verdiyi ərazilərdəki xəstəxanaların 70 faizi işləmir.

Nazlı