Aktyor Metyu Perrinin cəsədi evindəki cakuzidə tapılıb

29 Oktyabr 2023 18:53 (UTC+04:00)

Aktyor Metyu Perri Kaliforniyada 54 yaşında qəflətən vəfat edib. O, daha çox “Dostlar” serialındakı Çandler rolu ilə tanınıb. “The Los Angeles Times”ın polisdəki mənbələrə istinadən verdiyi məlumata görə, Perrinin cəsədi evindəki cakuzidə tapılıb.

İlkin məlumata görə, ölümün səbəbi, ehtimal ki, qəza nəticəsində boğulma olub. Nə zorakılıq izi, nə də narkotik maddə tapılıb. Ölümün səbəbi daha sonra rəsmən açıqlanıb.

2022-ci ildə Perri öz tərcümeyi-halını, “Dostlar, Sevgililər və Böyük Pis” kitabını nəşr etdirib. Orada aktyor uzun müddət alkoqol və ağrıkəsicilərdən də danışıb. Onun sözlərinə görə, Perri həyatı boyu altı min Anonim Alkoqolik görüşünə qatılıb, 15 dəfə reabilitasiya, 65 dəfə detoksifikasiya, həmçinin 14 əməliyyat keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Perrinin çəkildiyi “Dostlar” serialı 1994-2004-cü illərdə NBC-də yayımlanıb. Altı Nyu Yorklu gəncin həyatından bəhs edir. Serial 1990-cı illərin ən məşhur filmlərindən birinə çevrildi, dünyanın bir çox ölkəsində nümayiş olundu və çoxlu pərəstişkar qazandı.

Nazlı