Türkiyə donanması tarixinin ən böyük paradına hazırdır - FOTOLAR

29 Oktyabr 2023 15:44 (UTC+04:00)

Cümhuriyyətin 100-cü ildönümü münasibəti ilə Türkiyə Hərbi Dəniz Qüvvələri tarixinin ən böyük rəsmi paradına hazırlıqlarını tamamlayıb. SİA xəbər verir ki, “TCG Anadolu”nun rəhbərliyi ilə 100 gəmi, F-16 və F4E təyyarələri və helikopterlərin müşayiəti ilə keçiriləcək rəsmi paradda 21-i admiral olmaqla 7896 şəxsi heyət iştirak edəcək.