"Bu gün akademik səviyyəli ciddi əsərlərin yaradılmasına ehtiyac var" - BƏSTƏKAR DANIŞDI

29 Oktyabr 2023 11:44 (UTC+04:00)

"Forumlar bizə imkan verir ki, ictimaiyyətlə öz düşünclərimizi və planlarımızı bölüşək. Bunlar bizim musiqi mədəniyyətimizin inkişafında böyük rol oynayır. Bu Musiqi Forumu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Hamıya bəllidir ki, Ulu Öndər musiqi xadimlərimizin şəxsi dostu olub və musiqi mədəniyyətimizə böyük dəstək verib". SİA xəbər verir ki, bu sözləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Firəngiz Əlizadə deyib.

"Ulu Öndərin musiqi xadimlərinin V Qurultayındakı çıxışı heç vaxt bizim hafizəmizdən silinməyəcək. Çünki Heydər Əliyev bizim musiqi tariximizi təbliğ edərək belə bir ifadə işlətdi: "Mahnı yazmaq çox gözəl bir haldır. Bu, bəstəkarı məşhur edir. Amma istərdim ki, bizim bəstəkarlarımız öz diqqətini daha çox irihəcmli əsərlərə ayırsınlar. Beləliklə, Azərbaycan musiqisini bütün dünyaya tanıtsınlar". Təəssüf ki, biz bu sözlərin aktuallığını bu gün də hiss edirik. Bugünkü gündə akademik səviyyəli ciddi əsərlərin yaradılmasına ehtiyac var",- deyə o əlavə edib.