Aktrisa, müğənni və model Paris Hilton Hollivudda ilk Helluin şənliklərindən birinə müğənni Britni Spirsin obrazında gəlib. SİA xəbər verir ki, o, 2003-cü ilin məşhur “Toxic” klipində Spirsin açıq-saçıq stüardessa görünüşündə qatılıb.
Partidə həmçinin Castin Biber, Meqan Foks, Edvard Norton, Sindi Krouford, Kaya Gerber, Tobi Maquayr, Paris Cekson və digər məşhurlar da iştirak ediblər.