İlin ikinci Ay tutulması başa çatıb

29 Oktyabr 2023 03:13 (UTC+04:00)

Bu ilin ikinci Ay tutulması başa çatıb. SİA xəbər verir ki, oktyabrın 28-də Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlayıb.

Saat 23:35-də qismən tutulma olub. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verib.

Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatıb.