Boris Moiseyevin ölümündən sonra onun bütün əmlakı dostu və rejissoru Sergey Qoroxa keçdi. Amma şoumenin yaxın qohumu, Kanadada yaşayan qardaşı Marks Tolkaç da əmlaka əl uzada bilərdi.
Düzdür, Boris və Marks praktiki olaraq ünsiyyət qurmadılar. Lakin o, mirasa iddialı olsa da, müraciət etmədi.
SİA-nın əldə etdiyi məlumata görə, Marks bunun səbəbini “Moskovski komsomolets”in jurnalistləri ilə söhbətində səsləndirib.
...Bir çoxları məndən niyə Moskvaya getmədiyimi və miras almadığımı soruşur. Yəqin ki, həyatımda ən böyük səhvi etmişəm. Borisin ölümündən sonra Moskvadan mənə zəng vurub dedilər: “Biz sənin və Borisin dostlarıyıq”. Onlar soyad və ad verilmədilər. "Yaşamaq istəyirsən?" – xəttin o başında məndən soruşdular. “Bəli” dedim. "Onda Moskvadakı əmlaka burnunu soxma…
Boris Moiseyevin qardaşı deyib bunu.
Nazlı