"Gaddar" serialına yeni aktyorlar daxil olub

28 Oktyabr 2023 09:25 (UTC+04:00)

Məşhur türk aktyor Çağatay Ulusoyun baş rolunu canlandıracağı "Gaddar" serialına yeni aktyorlar daxil olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, serialda Hakan Salınmış rol alacaq. O, Çağatay Ulusoyun atası "Davut" obrazına həyat verəcək.

Çağatayın tərəf müqabili isə Sümeyya Aydoğan olacaq. Aktrisa "Aydan" obrazını canlandıracaq.