Bu il oktyabrın 1-dən Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri və hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 31 təyyarə və üç helikopteri məhv edib. SİA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
İdarənin bildirdiyinə görə, söhbət 20 MiQ-29, səkkiz Su-25 hücum təyyarəsi, bir Su-24 bombardmançı, iki L-39 döyüş təlim təyyarəsi və üç Mi-8 helikopterindən gedir.