10 il əvvəl Emir İçgörenlə ailə quran aktrisa Zeynep Beşerler xəyanət səbəbindən boşanır. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük artıq ayrı-ayrı evlərdə yaşamağa başlayıb.
"Qaranlıq Komediya" adlı tamaşası ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan uğurlu aktrisa Zeynep Beşerlerin bu nikahdan 7 yaşlı bir oğlu var. Uşağı və Beşerlərlə birlikdə yaşadığı evi tərk edən İçgören Etilerdə kirayə ev tutub.