Işın Karaca özündən 21 yaş kiçik sevgilisi ilə evləndi - FOTO

28 Oktyabr 2023 06:45 (UTC+04:00)

Türkiyəli sənətçi Işın Karaca özündən 21 yaş kiçik sevgilisi musiqiçi Can Yapıcıoğlu ilə evlənib. SİA xəbər verir ki, Karaca özəl günündən fotoları sosial media hesabında paylaşıb.

Amsterdamda keçirilən toya cütlüyün ailəsi və yaxın tanışları qatılıb.

Xatırladaq ki, Işin Karaca saç qıran kimi tanınan Alopesiya areata xəstəliyinə tutulduğunu açıqlamışdı.

Qeyd edək ki, Karaca 3 illik həyat yoldaşı Tuğrul Odabaşından 2019-cu ildə boşanıb.