Nadir Qafarzadə yeni ev aldı - VİDEO

28 Oktyabr 2023 03:40 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə yeni ev alıb. SİA xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat paylaşıb. Evindən görüntüləri izləyiciləri ilə bölüşən ifaçı köhnə mənzilini satdığını bildirib: "Uzun müddətdən sonra evimi satdım və yenisini aldım. Köç məsələlərinə başım qarışıq idi. Yaxınlarım mənə kömək etdilər. Artıq köçmüşük, bu gecə rahat yatacağam. Köçmək necə də əzablı işdir".