Buzlağının altında böyük bir quru təbəqəsi aşkar edildi

27 Oktyabr 2023 23:25 (UTC+04:00)

Şərqi Antarktida buzlağının altında 14 milyon illik quru təbəqəsi aşkar edildi.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, alimlər Şərqi Antarktida buz təbəqəsindən əvvəl çayların meydana gətirdiyi sözügedən ərazinin bugünkü Şimali Uelsin təpə və dərələrinə bənzədiyini bildiriblər.

Buza nüfuz edən radar sistemi və peyk məlumatları ilə təchiz edilmiş təyyarələrdən istifadə edərək tədqiqat qrupu təxminən Belçika ölçüsü olan 32 min kvadrat kilometr ərazini skan edib.

Durham Universitetinin professoru və tədqiqatın aparıcı müəllifi Stüart Ceymison aşkar edilmiş ərazinin yaxşı qorunmuş təbiətinin onu xüsusi etdiyini bildirərək belə böyük buz təbəqəsi altında nisbətən təmiz torpaqların nadir hallarda tapıldığını söyləyib.

Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.