Amur sakini itkin pişiyi ilə bağlı elan verdiyi üçün cərimələnəcək

27 Oktyabr 2023 21:57 (UTC+04:00)

Amurda itkin pişik haqqında bildirişlər yerləşdirən şəxs cərimələnəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Rise” Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, hadisə Blaqoveşenskdə baş verib.

Belə ki, avtobus dayanacağında itkin pişiyi ilə bağlı bildirişlər yerləşdirən şəxs müşahidə kameralarına düşüb. O, vərəqələrdə telefon nömrəsi göstərdiyi üçün şəhər rəhbərliyi rusiyalını tez müəyyənləşdirib.

“Podem”in xəbərinə görə, administrasiyanın açıqlamasında “İnzibati komissiya artıq iş üzərində işlədiyi” deyilir.

Telegram kanalı xəbər verir ki, reklam üçün cərimə 1 ilə 5 min rubl arasında dəyişir. Hadisədən sonra şəhər hakimiyyəti sakinləri xüsusi çatbot vasitəsilə oxşar hadisələr barədə məlumat verməyə çağırıb.

Nazlı