SN-nın saxlanılma xərclərinə büdcədənkənar vəsait daxil edilib

27 Oktyabr 2023 16:15 (UTC+04:00)

Səhiyyə Nazirliyinin saxlanılma xərclərinə büdcədənkənar vəsait də daxil edilib.

SİA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdiriləcək.