Bakıda yaşayış binasında yanğın olub

27 Oktyabr 2023 15:05 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən SİA-ya verilən xəbərə görə, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 82 m² olan 4 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.