Qəzza zolağında BMT-nin 57 əməkdaşı ölüb

27 Oktyabr 2023 14:05 (UTC+04:00)

Qəzza zolağında eskalasiya başlayandan bəri BMT-nin fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə Yaxın Şərq agentliyinin 57 əməkdaşı ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə agentliyin baş komissarı Filipp Lazzarini bildirib.

O əlavə edib ki, fələstinlilərlə HƏMAS üzvlərini atışmalar zamanı ayırd etmək olmur, ona görə də bütün mülki obyektlərin, o cümlədən xəstəxanaların mühafizəsini təmin etmək vacibdir.