Reper səhnəyə qayıtmayacaq?

27 Oktyabr 2023 12:24 (UTC+04:00)

Məşhur xarici müğənni Castin Biber səhhətində yaranan problemlərə görə səhnəyə qayıtmaq istəmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, o hətta bu səbəbdən yaxın dostu reper Aşerin dəvətini də rədd edib.

Dostu 2024-cü ilin fevral ayında "Super Bowl"-da çıxış edəcək və Biberin onun şousuna qatılmasını istəyir. Castin gələcəkdə öz şousu ilə "Super Bowl"-a qatılmağı daha çox istəyir.