Deməli, ruslara çoxfunksiyalı mərkəzlərdə nikah və ya boşanma qeydiyyatına icazə verilə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi müvafiq təşəbbüslə çıxış edib, sənəd normativ hüquqi aktların layihələrinin federal portalında dərc edilib.
Qeyd olunur ki, çoxfunksiyalı mərkəzlərdə nikahın dövlət qeydiyyatı rəsmi şəraitdə, evdə, tibb müəssisəsində və ya digər təşkilatda aparılmaması şərtilə baş verə bilər.
Həbsdə olan və ya həbsxanada cəza çəkən şəxslə nikahın qeydiyyatı zamanı da bu imkan istisna edilir.
Ər-arvad çoxfunksiyalı mərkəzlər vasitəsilə qarşılıqlı razılıq əsasında və yetkinlik yaşına çatmayan uşaqları olmadıqda eləcə də boşanma haqqında məhkəmənin qərarı əsasında boşana biləcəklər.
Nazlı