Nemrut dağını 60 mindən çox turist ziyarət edib

26 Oktyabr 2023 23:45 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya Mədəni İrs Siyahısında yer alan Nemrut dağını 6 ayda 61 min insan ziyarət edib.
Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ zamanı ziyan görməyən və günəşin doğuşunun və qürubunun ən gözəl şəkildə izləndiyi yer olaraq bilinən Nemrut dağı ziyarətçilərini qəbul etməyə davam edir.
Adıyaman muzeyinin direktoru Mehmet Alkan bölgənin aprel ayından etibarən ziyarətə açıldığını deyib. O, Nemrut dağını indiyədək 61 min yerli və xarici turustin ziyarət etdiyini bildirib.