“Azad Qarabağ Türk dünyasının birləşmə nöqtəsinə çevrilir. Doğma Şuşa 2023-cü il üçün Türk dünyasının paytaxtı elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə fəaliyyəti ilə hər iki türk dövlətinin bütün sahələrdə güclənməsi üçün addımlar atılır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
Rektor bildirib ki, xüsusilə də həqiqətlərin dünyaya çatdırılmasında türk mediasının xüsusi rolunu görürük: "Azərbaycan ilə Türkiyə dövləti arasında birgə media platforması çərçivəsində əməkdaşlığın gücləndirilməsi dünyada Türk dünyası ilə bağlı yayılan dezinformasiyalara qarşı yaxşı mübarizə üsulu formalaşdırır. Bu mənada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun keçirilməsi olduqca mühümdür”.