“Kritik infrastrukturlara qarşı kiberhucumlar da müşahidə edilir” - TURAL MƏMMƏDOV

26 Oktyabr 2023 14:08 (UTC+04:00)

“Azərbaycanın müxtəlif informasiya strukturlarına kiberhücumlar dayanmır, 7/24 daima hər gün, hər saat olur”. SİA xəbər verir ki, bu sözləri “Critical Infrastructure Defence Challenge 2023” tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı mütəmadi statistikalar da təqdim edilir: "Kiberhücumların konkret olaraq hansı ölkələrdən olmasını İP-dən aydınlaşdırmaq çətindir. Çünki bunlar anonimləşdirib saxtalaşdırılır. Bu hücumların formatına, istiqamətlərinə diqqət etsək, eyni zamanda edilən analizlərə əsasən onların çoxunun qonşu ölkələrdən təşkil olunmuş olduğu müəyyən edilir. Hücumlara qarşı xidmətiniz 7/24 minitorinq həyata keçirir və dövlət qurumların informasiya sistemlərinin mühafizəsi üzərində aktiv çalışır".

Tural Məmmədov qeyd edib ki, kiberhücumlar aktivlik dönəminə uyğun olaraq müxtəlif dövlət qurumlarının saytı ola bilir: "Müharibə, antiterror əməliyyatları zamanı Müdafiə Nazirliyinin və ölkə başçısının rəsmi səhifəsinə kiberhücumlar olur. Eləcə də kritik infrastrukturlara qarşı kiberhucumlar da müşahidə edilir. Bunların arasında banklar və digər strukturlar da olur. Eyni zamanda vətəndaşlara da kütləvi mesaj, dezinformasiya vasitələrinin ötürülməsinin şahidi oluruq".