Makron Qazaxıstana gedir

26 Oktyabr 2023 11:43 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti də bununla bağlı məlumat yayıb:

“2023-cü il noyabrın 1-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana rəsmi səfəri edəcək”.

Bildirilib ki, səfər zamanı iki ölkə liderləri ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.